TƏLƏBƏLƏRƏ HƏDİYYƏ

Gəncə Dövlət Universitetində rəhbərlik tərəfindən daim idmana, tələbə gənclərin sağlamlığına, asudə vaxtlarını mənalı keçirmələrinə xüsusi diqqət və qayğı göstərilir. Tələbələrimiz də bu etimadı həmişə  idman sahəsindəki qələbələri ilə doğruldur, Respublika olimpiadalarında Universitetin şərəfini ləyaqətlə  qoruyurlar.

Bu günlərdə isə rəhbərlik tərəfindən  tələbələrimizə daha bir hədiyyə verilmişdir. II tədris binasının arxasında  yerləşən  mini  futbol meydancası rəngli  şiferlə 3m hündürlüyündə hasarlanmış, 2 ədəd futbol qapısı, meydançanın  kənarlarına isə gül qabı və oturacaqlar  qoyulmuşdur. 1000 m2 əla növ yaşıl ortüyün salınması  artıq başa çatdırılmışdır.

Bunlardan əlavə  meydançanın  kənarlarları boyu 750m2 tamet piltələrin döşənməsinə  yaxın günlərdə  başlanacaqdır.