İNTELLEKTUAL YARIŞ KEÇİRİLDİ

24 sentyabr  2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin İqtisadiyyat və idarəetmə, Tarix-coğrafiya, Fizika və texniki fənlər fakültəsinin  tələbələrinin iştirakı ilə fərdi İntellektual yarış keçirildi. 25 sualı düzgün cavablandıraraq qələbə qazanmaq uğrunda  30 nəfər tələbə öz biliklərini sınaqdan keçirmək üçün mübarizəyə qoşulmuşdur.

Tələbələr arasında ciddi maraq yaratmış bu yarışda  İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Toğrul Məmmədov I yerə, Tarix-coğrafiya fakültəsinin tələbəsi Nail Novruzov  II yerə, Fizika və texniki fənlər fakültəsinin tələbəsi Aynur Cəfərova III yerə sahib oldular.

Qalib gələn tələbələr mükafatlandırıldılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =