“Depressiya” mövzusu gündəmdə.

GDU Tələbə- Gənclər Təşkilatı Gəncə Regional Psixologiya Mərkəzinin dəstəyi ilə 1 saylı qızlar yataqxanasında “Depressiya” adlı seminar təşkil edib. Seminarda aktual, cəmiyyəti çox düşündürən və gündəmdə olan depressiyadan və onun yaranma səbəblərindən danışılıb. Tədbiri GDU TGT-nin sədri Orxan Məmmədov açaraq, bu tipli seminarların gənclər üçün olan əhəmiyyətindən danışıb. Sonra psixoloq Günel Paşayevaya depressiyanın yaranma səbəbləri, günü-gündən gəncləşməsi, depressiv hallar, onların aradan qaldırılması kimi problemlər haqqında geniş məlumat verib.
Tələbələr psixoloqa çoxsaylı suallar verib və seminarın gedişatından razı qaldıqlarını bildiriblər.
Qeyd edək ki, Gəncə Regional Psixologiya Mərkəzi vaxtaşırı gənclərlə görüş keçirir , “Psixoloqu tanı” adlı seminarlar təşkil edir.

10743821_321162914730234_1791500952_n