Aktiv tələbələrlə görüş

14 noyabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov II tədris korpusunun iclas zalında ayrı-ayrı fakültələrin aktiv tələbələri ilə görüş keçirmişdir. Görüşdə tələbələrlə açıq söhbət məqsədilə yalnız rektor iştirak etmişdir.  Professor Yusif Yusibov hər bir fakültənin tələbələrini dinləmiş, müsbət cəhətlərlə bərabər, deyilən çatışmazlıqları, onların fəaliyyəti ilə bağlı vacib məsələləri, ehtiyaclarını dinləmişdir. İmtahanlarla, kitabxanada, yataqxanada mövcud vəziyyətlə, auditoriyaların qızdırılması, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri, maddi cəhətdən çətinlik çəkən tələbələrə kömək və s. məsələrlə bağlı deyilən fikirlərə öz münasibətini bildirmiş, yerindəcə göstərişlər vermiş, həllinə zaman tələb olan problemlər haqqında danışmışdır.

Görüşün sonunda professor Yusif Yusibov tələbələri mükəmməl təhsil almaqla bərabər, universitetin ictimai həyatında daha fəal olmalarnı tövsiyyə etmiş, imtahanların  şəffaf keçirilmisində onların fəaliyyətlərinin əsas olduğunu bir daha vurğulamışdır. Görüş olduqca səmərəli keçmişdir.