TƏLƏBƏLƏR ARASINDA ŞAHMAT YARIŞI

Tələbələrin asudə vaxtlarının səmərəli təşkili, ayrı-ayrı  fakültələrdə təhsil alan tələbələr arasında ünsiyyətin yaradılması daim Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının diqqət mərkəzindədir. Bu məqsədlə tələbələr arasında şahmat müsabiqəsi keçirilmişdir.  Gəncə şəhər Gənclər və idman idarəsinin dəstəyi ilə  Gənclər evində keçirilən  yarış 3 mərhələdə olacaqdır.

Artıq birinci mərhələ yekunlaşmışdır. Püşkatma ilə müəyyənləşən rəqib oğlan və qız tələbələr həvəslə yarışa qoşulmuşlar. Müsabiqənin yekununda I və II yerə layiq olan qaliblər Universitetin fəxri fərmanı və hədiyyə ilə mükafatlandırılacaqlar.