ŞAGİRDLƏRİN İŞTİRAKI İLƏ SEMİNAR KEÇİRİLDİ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin baza məktəblərindən olan Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə seminar keçirildi. 35 şagirdin iştirak etdiyi seminarda şagirdlərin imtahan öncəsi keçirdikləri narahatlığı aradan qaldırma yolları, özlərini qiymətləndirmə, inam yaratma  bacarıqlarından söhbət aparıldı. Eyni zamanda “Mən güclüyəm, mən zəifəm”,  “Mən yaxşı şagirdəm” mövzularında, daha sonra  adlı sınaq testi aparıldı. Bu testlərdə şagirdlər yaxşı şagird necə ola bilər,yaxşı şagirdin üstünlükləri kimi məsələlərdən  danışıldı. Günel Paşayevanın  yaxından köməkliyi ilə nəticəsində seminar böyük maraqla qarşılandı.

Seminardan sonra Əsas binanda yerləşən Ümummilli lider Heydər Əliyevin büstünün yanında kollektiv şəkil çəkdirildi və universitetin auditoriyaları və laboratoriyaları ilə tanışlıq oldu.