FİZİKLƏR FƏRQLƏNDİLƏR


Fizika müəllimliyi ixtisasının IY kurs tələbələri M.M.Mehdizadə adına tam orta məktəbdə uğurla pedaqoji təcrübələrini davam etdirirlər. Onlar aldıqları nəzəri bilikləri əyani olaraq sınaqdan keçirir, əsl müəllim kimi yetişdiklərini sübut etməyə çalışırlar. Təhminə Abdullayeva və Səidə İsmayılovanın sınaq dərsi də bu baxımdan iştirakçıların tam rəğbətinə səbəb oldu.
Təhminə Abdullayeva YIII-ci sinifdə Fizika fənnindən “Xüsusi istilik tutumu”, Səidə İsmayılova isə YII-ci sinifdə Fizika fənnindəın “Qüvvə.Əvəzləyici qüvvə” mövzusunda açıq dərs keçmişdi. Hər iki dərs müasir dərsə verilən tələblər səviyyəsində nümayiş etdirildi. Dərs prosesində texniki vasitələrdən, slaydlardan istifadə olunmuş, şagirdlərin sonadək fəallığı təmin edilmişdir. Dərsdə şagirdlər yeni dərsi lazımi səviyyədə anlaya bildilər. Bu da təcrübəçi tələbənin pedaqoji-metodiki üsullara, qabaqcıl müəllimlərin metodikasına bələd olduqlarından xəbər verir.
Sınaq dərsində iştirak edən Universitetin Karyera və təcrübə şöbəsinin əməkdaşları, təcrübə rəhbəri və fənn müəllimi razı qaldıqlarını bildirdilər.

1 comment on “FİZİKLƏR FƏRQLƏNDİLƏR”

  1. Aygün Cavabla

    Salam. Mən 7a sinifindəki Şagidin valideyniyəm uşağım Səidə İsmaylova adlı praktikandan çox razılıq edib bildirdiki kaş müəlliməmiz olardı çox savadlı danışığı var.. Səidəyə gelecek həyatında uğurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − 3 =