ƏCNƏBİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

27 oktyabr 2016-cı il tarixdə Beynəlxalq əlaqələr şöbəsinin təşəbbüsü ilə Universitetdə təhsil alan xarici ölkə vətəndaşları ilə universitet rəhbərliyinin görüşü keçirilmişdir. Görüşdə universitetin rektoru professor Yusif Yusibov, Elm və innovasiyalar üzrə prorektor, Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru dosent Pərvin Kərimzadə, Humanitar işlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, fakültə dekanları, Beynəlxalq Əlaqələr şöbəsinin müdir əvəzi Farizə İsmayılzadə və universitetdə təhsil alan əcnəbi tələbələr iştirak etmişlər.

Professor Yusif Yusibov görüşü giriş sözü ilə açaraq rektor universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin təhsili və ehtiyacları ilə yaxından maraqlanmış və onlara təhsillərində uğurlar diləmişdir.

Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə əcnəbi tələbələrə universitetin keçdiyi yol, son illər hər sahədə  inkişafı, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermişdir.

Beynəlxalq əlaqələr şöbəsinin müdir əvəzi Farizə İsmayılzadə şöbənin yaranma tarixindən bəhs etmiş, görüş iştirakçıları əcnəbi tələbələrlə yaxından tanış etmişdir.

Əcnəbi tələbələr universitetdə onların təhsil almaları üçün yaradılmış hərtərəfli şəraitə görə universitetin rektoru professor Yusif Yusibova dərin minnətdarlıqlarını bildirmişlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + twenty =