” SAĞLAM GƏLƏCƏK, SAĞLAM GƏNCLİK İLƏ GƏLƏCƏK! “

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən ” SAĞLAM GƏLƏCƏK, SAĞLAM GƏNCLİK İLƏ GƏLƏCƏK! ” layihəsi çərçivəsində bugün tələbələr üçün ilk seminar baş tutdu. Belə ki, Gəncə Tibb Kollecinin müəllimi Məhəbbət həkimin rəhbərliyi ilə keçirilən seminarda siqaret ,zərərli vərdişlər ,narkomaniya ağ ölüm kimi mövzular ətrafında müzakirələr aparıldı. Ekspert tərəfindən tələbələrin sualları cavablandırıldı. Sağlam gələcək qurmaq üçün , sağlam gəncliyi seçmək lazım olduğu bildirildi. Saat yarım davam edən seminar uğurla yekunlaşdı. Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində növbəti təlim 18-19 noyabr tarixlərində keçiriləcək. İki gün davam edən təlimdən uğurla keçən gənclər layihənin supervayzerləri olacaqlar. Layihə müddətində QİÇS ilə mübarizə mərkəzinin universitetdə gənclər arasında test – müayinə keçirilməsi nəzərdə tutulub. 1 dekabr QİÇS -ilə mübarizə gününə həsr olunmuş layihənin bağlanış mərasimi məqsədilə konfrans keçiriləcək.10805527_1482416478706811_909304303_n