“AZƏRBAYCANIMIZI SEVƏK” ADLI MİLLİ BİLİK MÜSABİQƏSİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  təşəbbüsü ilə gənclər sahəsində “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” qəbul edilib. Bu strategiyaya əsasən, Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən bilik müsabiqələrinin, olimpiadaların keçirilməsi də nəzərdə tutulmuşdur. Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyi dövlət proqramının icrasına öz töhvəsini vermək məqsədi ilə “Azərbaycanımızı sevək”  milli bilik müsabiqəsi layihəsinin həyata keçirilməsinə qərar vermişdir.

Bu günlərdə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Respublikamızın bir sıra ali təhsil müəsisələrində, o cümlədən də Gəncə  Dövlət Universitetində  “Azərbaycanımızı sevək” adlı layihə cərcivəsində tələbə gənclər arasında  milli bilik müsabiqəsi  keçirilmişdir.

İlk önçə Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyinin prezidenti Tofiq Əlizadə  qeyd etdi ki, təşklatımız tərəfindən artıq 5 ci ildir ki, Gəncə Dövlət Universitetində müxtəlif mövzularda layihələr həyata kecirilir. Belə tədbirlərin keçirilməsi gənclərimizə milli-mənəvi dəyrələrimizin aşılanmasına, Azərbaycanın tarixi, ədəbiyyatı və  incəsənətinə marağın artmasına yardımçı olur.

Tədbirdə iştirak edən Gəncə Dövlət Universitetinin  Humanitar məsələlər üzrə prorektoru Gülsum Fətələyeva tədbir iştirakçılarını salamlayaraq, onlara uğurlar dilədi.

Gərgin kecən  müsabiqənin sonunda qaliblər müəyyənləşdirildi. Həşimli İbrahim, Bayramzadə Günay, Məmmədzadə İlkin və Verdiyeva Mədinə müsabiqənin qalibi oldular. Qaliblərə layihə rəhbəri tərəfindən serdifikatlar və hədiyyələr verildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =