TƏLƏBƏLƏR ULU ÖNDƏRİ YAD ETMİŞLƏR

12 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir. Bir dəqiqəlik sükut ilə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edildikdən sonra rektorun baş müşaviri dosent Asif Cavadov giriş sözündə Ulu öndər haqqında tələbələrə ətraflı məlumat vermişdir.

Pedaqoji fakültənin I kurs tələbələrindən Rəhimə Mirzəyeva “Heydər Əliyev və ordu quruculuğu”,  Gülşən Zakirli “Ümummilli liderin həyat və fəaliyyəti”, II kurs tələbəsi Fidan Əsədullayeva “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış etmişlər.

Tədbirin sonunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş video çarx izlənilmişdir.