TƏŞƏBBÜS DAVAM ETDİRİLİR

Gəncə  Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığı, Təcrübə və karyera şöbəsinin, eyni zamanda  Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent Mehdi Rəhimovun təşəbbüsü ilə həmin kafedranın müəllimi Kəmalə Əliyevanın 13 dekabr 2016-cı il tarixdə 44 №-li ingilis dili təmayüllü məktəb-lisey kompleksin 84 sinfində  müasir tədris metodlarına istinad etməklə  “İnsanlar və təbiət” mövzusunda növbəti açıq dərsi keçirilmişdir.

Açıq dərsdə Gəncə Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, pedaqoji təcrübə rəhbəri dosent  Cabbar Qarayev, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent Mehdi Rəhimov, kafedranın əməkdaşlarından baş müəllim Elmira Mustafayeva və müəllim Türkan Həsənova iştirak edirdilər. Məktəbin direktoru K.Süleymanov, dərs hissə müdiri R.Ramazanova, ingilis dili müəllimlərindən X.Cəfərova, F.Namazova, A.Quliyeva, T.Qarayeva, N.Məsimova, G.Cəfərova, E.Həsənova, E.Əkbərova və  L.İbrahimova da dərsi həvəslə dinləmişdilər.

Müzakirə zamanı açıq dərs  qənaətbəxş səviyyədə dəyərləndirildi və xüsusilə qeyd olundu ki, Universitet ilə bu məktəb – kompleks arasında əlaqələr, əməkdaşlıq münasibətləri yüksək səviyyədə qurulub və daha da inkişaf etdiriləcəkdir.