“İLİN TƏLƏBƏSİ” MÜSABİQƏSİNİN BİRİNCİ MƏRHƏLƏSİ YEKUNLAŞDI

13 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universiteti YAP Gənclər Birliyinin təşkilatçılığı və Universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “İlin tələbəsi” müsabiqəsinin birinci mərhələsinə başlanıldı. Bu mərhələyə bütün fakültələri təmsil edən 36 nəfər tələbə qatılmışdır.

Mərhələnin açılışında Universitetin Elm və innovasiyalar üzrə prorektoru dosent   Pərvin  Kərimzadə, Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm  Fətəliyeva, YAP GDU üzrə ərazi ilk partiya təşkilatının sədri dosent Cavid Bağırzadə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov, YAP GDU Gənclər Birliyinin sədri Elmir Bağırov iştirak etmişlər.

Yekunda 18 nəfər fəal tələbə növbəti mərhələ olan sosial tələbə sorğusuna buraxılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + three =