İELTS TEST İMTAHANI KEÇİRİLƏCƏKDİR

14 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov GBRS şirkətinin rəhbəri Bəhram Qurbanovun başçılıq etdiyi   nümayəndə heyətini  qəbul etmişdir. Professor Yusif Yusibov GDU-nun İELTS mərkəzinin qərb bölgəsi üzrə yeganə test-imtahan bölməsi kimi müəyyən edildiyini təsdiqləyən sənədlə tanış olmuşdur.

Görüşdən sonra Əsas binanın iclas  zalında universitetin bir qrup professor müəllim heyəti və tələbələri üçün beynəlxalq təşkilatın rəhbərinin  və heyətin üzvü Pərvanə Əliyevanın İELTS test-imtahanının necə keçirilməsi haqqında təqdimatı dinlənilmişdir. Maraqlı keçən görüşdə qonaqlar İELTS test-imtahanları ilə bağlı verilən sualları cavablandırmışlar.

2017-ci ilin fevral ayında ilk test imtahanının Gəncə Dövlət Universitetində keçiriləcəyi universitet əməkdaşlarının və ictimaiyyətin nəzərinə çatdırılmışdır.

Təqdimatda Universitetin Elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə, Xarici dillər fakültəsinin  dekanı dosent Əjdər Əsgərov, Qrammatika və İngilis dilinin tədrisi kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Mehdi Rəhimov, Fransız dili kafedrasının müdiri Məhərrəm Orucov? İnnovasiyalar mərkəzinin direktoru Vasif Həsənov iştirak etmişlər.