KONFRANSDA UNİVERSİTETİMİZ TƏMSİL OLUNDU

Dekabrın 16-da Bakı şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm ili: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilmişdir. Konfransda Gənclər və İdman naziri Azad Rəhimov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı geniş məzmunda məruzələri dinlənilmişdir. Hər iki məruzədə  ölkəmizdə müxtəlif xalqların, millətlərin nümunəvi birgəyaşayış ənənələrinin təbliğ edilməsinin ən vacib məsələlərdən biri olduğu və gənclərin bu istiqamətdə fəallığının zəruriliyi diqqətə çatdırılmışdır

Gəncə Dövlət Universitetini təmsil edən Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədovun Universitetdə multikulturalizm ilə bağlı görülən işlər və həyata keçirilən layihələr haqqındakı  çıxışı iştirakçılara xoş təsir bağışlamışdır.