ŞƏHİDLƏR UNUDULMUR

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı davamlı olaraq gənclərin vətənpərvər ruhda tərbiyəsi ilə bağlı müxtəlif məzmunlu layihələr həyata keçirir. Bu layihələrdən biri də “Milli qəhrəmanların gənclər arasında təbliği”dir. Həmin layihə çərçivəsində Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək Milli qəhrəman adına laiq görülmüş insanlar haqqında gənclərə ətraflı məlumat verilir, onlara həsr olunmuş video çarxlar və filmlər nümayiş etdirilir.

22 dekab 2016-cı il tarixdə universitetin 35 tələbəsinin iştirakı ilə “Şəhidlər unudulmur” devizi ilə Gəncə şəhərində yerləşən “Şəhidlər Xiyabanı”nda iməcilik aksiyası həyata keçirildi. “Şəhidlər Xiyabanı”nda ümumilikdə 371 şəhid uyuyur, Onlardan 16-sı naməlum, 5-i Milli qəhrəman, 1 nəfəri isə qadındır.

Tələbələr Xiyabanın, eləcə də  şəhid məzarlarının  ətrafını təmizləyərək məzarların üstünə gülab tökdülər. Gəncə Dövlət Universitetinin tələbələri adından “Əbədi məşəl” abidəsi qarşısına əklil qoyub əziz xatirələrini hörmət və ehtiramla yad edərək baş əydilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =