BAYRAM KONSERTİ

27 dekabr 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən Aura Park ticarət və əyləncə mərkəzində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibətilə  şənlik keçirilmişdir. Geniş konsert proqramı Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Vasi Paşayevin ifasında “Azərbaycan” mahnısı ilə başladı. Həmin fakültənin  tələbələrindən Danulduz Həsənovanın, Aydın Hüseynov və Minayə Verdiyevanın, Tural Cəfərov və Nəzrin Abdullayevanın birgə ifa elədikləri mahnılar həm tələbələr, həm də Aura Parkda istirahət edənlər  tərəhindən böyük maraqla qarşılandı.

Tədbirə dəvət olunmuş “Zirvə” rəqs qrupunun kiçik üzvlərinin gözəl rəqs səhnələri konsert proqramına yeni bir rəng verdi. “Diablo” qrupunun, eləcə də  Pedaqoji fakültənin tələbəsi Fərid İsgəndərovun və Tarix-coğrafiya fakültəsinin tələbəsi Səkinə  Əliyevanın, həmçinin Tarix-coğrafiya fakültəsinin I kurs tələbəsi Fizuli Ağayevin və Tural Cəfərovun birgə ifa elədikləri mahnılar, Əli Məmmədlinin gitarda ifası  hamınım rəğbətini qazandı. Tarix-coğrafiya fakültəsinin tələbələri Orxan Cəfərovun, Elgün Əhmədovun, Pedaqoji fakültənin tələbələri Mirabbas Talıbovun və Xatirə Hüseynovanın birgə rəqsləri,  Tarix-coğrafiya fakültəsinin tələbələri Vasif Paşayevin və Leyla Zülfiqarlının birgə ifa elədikləri xarici mahnı, Filologiya fakültəsinin III kurs tələbəsi Çinarə Ələkbərovanın və Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Nilufər Əhmədovanın söylədikləri şeirlər alqışlarla qarşılandı.

Yekunda kollektiv şəkildə “Tələbə” mahnısı ifa edildi. Tələbələr şən və mənalı bayram konserti üçün təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər.