Rektorla görüş

Tələbələrlə görüş

25 noyabr 2014-cü il tartixdə rektorla Pedaqoji fakültə tələbələrinin görüşü keçirilmişdir. Yalnız tələbə və Rektorun görüşünün təşkili tələbələrin çəkinmədən öz irad və təkliflərini açıq-aşkar bildirmək məqsədi daşıyırdı.
Professor Yusif Yusibov qısa şəkildə Universitetdə görülən işlərdən, əldə olan nailiyyətlərdən, tələbələr üçün yaradılan şəraitdən bəhs edəndən sonra, onlara müraciət etdi.
Çıxış edən tələbələr Rektora göstərdiyi qayğıya görə təşşəkkürlərini ifadə etməklə yanaşı, öz arzu və təkliflərini bildirdilər və onlar tərəfindən də Universitetdə şəffaflığın qorunacağına, layiqli mütəxəssislər kimi yetişəcəklərinə söz verdilər.
Görüş hər iki tərəf üçün olduqca səmərəli keçmişdir.