TEST İMTAHANLARINA START VERİLDİ

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun   imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədilə imzaladığı müvafiq əmrə əsasən, dekabr ayının 30-dan bakalavriat səviyyəsi üzrə əyani şöbənin I–IV kurslarında və magistraturada payız (qış)   imtahan sessiyasına start verilmişdir.

Rektor imtahana qədər hər bir fakültənin fəal tələbələrinin iştirakı ilə görüşlər keçirmiş, onların  istək və arzularına diqqətlə yanaşmışdır.

Birinci kursların ilk fənn imtahanından başqa qalan bütün imtahanlar kömpyüterdə test üsulu ilə aparılır. Sessiyanın gedişinə operativ nəzarət etmək məqsədilə yaradılmış qərargah və apelyasiya komissiyası fəaliyyətini davam etdirməkdədir. Müvafiq əmrə uyğun olaraq, qərargahın nəzdində universitet üzrə “Qaynar xətt” yaradılmış, imtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə qərargahın nəzdində apelyasiya komissiyaları yaradılmışdır.

Universitetdə imtahanların şəffaflığını qorumaq, tələbələrin biliklərini sərbəst şəkildə nümayiş etdirmək məqsədilə hər bir şərait yaradılmış, hətta valideynlərin öz övladlarının necə imtahan verəcəklərini izləmələri üçün “Açıq qapı” günü elan edilmişdir.