İLİN PEŞƏKAR GƏNCİ

Bir neçə ildir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası gənclərimizi hər sahədə həvəsləndirmək məqsədilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən, müxtəlif peşə sahələrində yüksək ustalıqla fərqlənən və  ictimaiyyətin geniş rəğbətini qazananlar üçün  “İlin Peşəkar gənci” fəxri adı təsis etmişdir. 2016-cı ilin mart ayında növbəti müsabiqəyə yekun vurulmuş, Gəncə Dövlət Universitetinin  Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent Mehdi Nizami oğlu Rəhimov 2015-ci ilin “Peşəkar gənci” fəxri adına layiq görülmüşdür.

Bu günlərdə dosent Mehdi Rəhimov  Bakı şəhərinə dəvət edilmiş, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tərəfindən ona  “İlin peşəkar gənci” fəxri adının diplomu təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =