VALİDEYNLƏR ÜÇÜN “AÇIQ QAPI” GÜNÜ

06 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində imtahanlarla bağlı ənənəvi olaraq “Açıq qapı” elan edilmişdir. Övladlarının, hətta nəvələrinin imtahanında iştirak etmək üçün həvəslə universitetə gələn valideynlər, nənə və babalar ayrı-ayrı otaqlarda olmuş, imtahanların gedişatı ilə yaxından tanış olmuşlar. Onların təbirincə desək, bütün otaqlar yüksək səviyyədə lazımı avadanlıqlarla təchiz edilmiş, kömpüterlərdə testlə  imtahan verən tələbələrə müasir tələblərə cavab verəcək şərait yaradılmışdır. Bütün bunlar imtahanların şəffaf, obyektiv keçirilməsindən xəbər verir.

Gəncə şəhər və ətraf rayonlardan gəlmiş  Riyaziyyat-informatika müəllimliyi ixtisasının I kurs tələbəsi Səadət Əmiraslanovanın babası İsrail Əmiraslanov, Səltənət Həsənovanın anası Samirə Həsənova, Nübar Verdiyevanın atası İmam Cəmilli, Turanə Alayevanın atası Mehdi Alayev, Riyaziyyat müəllimliyi ixtisasının I kurs tələbəsi Aytac Əliyevanın anası Sevinc Əliyeva,  İnformatika ixtisasının I kurs tələbəsi Fidan Cəlalovanın atası Asəf Cəlalov  imtahanların təşkilindən və obyektivliyindən razı qaldıqlarını bildirib, belə bir şəraitin yaradıldığına, onların balalarına, nəvələrinə diqqət və qayğı ilə yanaşıldığına görə Universitetin rəhbərliyinə, rektor professor Yusif Yusibova öz minnətdarlıqlarını bildirdilər.

Elm və innovasiyalar üzrə prorektor dosent  Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, rektorun baş müşaviri  dosent Asif Cavadov, Riyaziyyat-İnformatika fakültəsinin dekanı dosent Oruc Hüseynov “Açıq qapı” günündə valideynlərlə bir yerdə olmuşlar.

Sonda Universitetin rəhbər işçiləri valideynlərlə birlikdə Ulu öndər Heydər Əliyevin büstünün önündə xatirə şəkil çəkdirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =