QİYABİ ŞÖBƏDƏ DƏRSLƏR DAVAM EDİR

Bir neçə gündür ki, Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsində dərslər başlamışdır. Müvəqqəti olaraq auditoriyalardan uzaqlaşmış tələbələr həvəslə dərslərdə iştirak edir, mühazirələri dinləyir, seminarlarda fəallıq göstərirlər. Əyani təhsilin əksinə olaraq burada vaxt olduqca azdır. Çünki semestrin sonunda tədris planına uyğun olaraq  keçilən fənlərdən imtahan verilməlidir.

Qiyabi şöbədə Riyaziyyat müəllimliyi, Biologiya müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Tarix müəllimliyi, İqtisadiyyat, Bədən tərbiyəsi və idman müəllimliyi, Musiqi müəllimliyi, Sosial iş, İbtidai sinif müəllimliyi ixtisaslarında 449 nəfər tələbə təhsil alır. Burada test üsulu ilə qəbul olunan tələbələrdən başqa II ixtisaslarda təhsillərini davam etdirən tələbələr də var.

Qiyabi şöbənin müdiri dosent Qurban Bəylərov və tədris işləri üzrə dekan müavini dosent Zaur Hüseynzadə müsbət fəaliyyətləri əsasında II tədris binasında qiyabi təhsil alan tələbələrin dərslərə davamiyyətləri nizama salınmış, dərs və imtahan cədvəlləri vaxtında hazırlanmış, auditoriyalar  müəyyənləşmişdir.

Tələbələr onlar üçün yaradılmış şəraitə, rəhbərliyin diqqət və qayğısına görə öz minnətdarlıqlarını bildirirlər.