YÖS imtahan mərkəzi artıq Gəncə Dövlət Universitetində

Gəncə Dövlət Universitetinin rektoru Professor Yusif Yusibov və İstanbul Universitetinin rektoru Prof. Dr. Mahmut Ak həm Gəncə Dövlət Universitetində həm də İstanbul Universitetində keçirilən görüş zamanı YÖS imtahan mərkəzinin Gəncə şəhərində Gəncə Dövlət Universitetinin nəzdində də təşkil edilməsi ilə bağlı ortaq qərara gəlmişlər. Artıq bu məsələ ilə bağlı işlərə başlanmış və bir çox məsələlər öz həllini tapmışdır. Artıq İstanbul Universitetinin YÖS imtahanı səhifəsində yerləşən imtahan mərkəzləri siyahısına Azərbaycan-Gəncə şəhərinin də adı əlavə edilmiş və imtahanların ödənişi cədvəlində də Gəncə şəhəri üçün qiymətlər öz əksini tapmışdır. YÖS imtahanları haqqında əlavə məlumat almaq üçün www.yos.istanbul.edu.tr ünvanına baxa bilərsiniz. Bütün yeniliklər haqqında əlavə məlumatlar veriləcək.