VASİF HƏSƏNOV “İLİN PEŞƏKAR GƏNCİ” MÜSABİQƏSİNİN QALİBİ OLDU

Gəncə Dövlət Universitetinin İnformatika kafedrasının baş müəllimi Vasif Həsənov Azad Həmkarlar İttifaqı Komitəsin sədri Afaq Qasımovanın təqdimatı əsasında  Azərbaycan Təhsil İşçiləri Azad həmkarlar İttifaqı Respublika Komitəsinin “İlin peşəkar gənci” fəxri adı uğrunda keçirdiyi müsabiqədə iştirak etmiş, müsabiqənin qalibi kimi Universitetimizə uğur gətirmişdir.

Vasif Həsənov     təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etdiyinə, öz peşəsində  fərqləndiyinə və kollektivin  rəğbətini qazandığına görə “İlin Peşəkar gənci” fəxri adına layiq görülmüşdür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar  Mehbalıyev əməkdaşımızı təbrik edərək  Konfederasiyanın fəxri fərmanını və pul mükafatını ona  təqdim edmişdir.