QİÇS-lə Mübarizə Mərkəzi tələbələr arasında HİV testi keçirdi.

27 noyabr 2014-cü il tarixə  Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi,“Sağlam gələcək,sağlam gənclik ilə gələcək!” layihəsi çərçivəsində Azərbaycan Respublikasının QİÇS-lə Mübarizə Mərkəzi tələbələr arasında HİV testi keçirdi. Testin keçirilməsində əsas məqsəd tələbələrin bu virusla bağlı maariflənmələri və ən əsası isə gəncləri müayinə edərək yoluxma halının olub olmamasını aşkarlamaqdan ibarət idi.


Ümumilikdə Universitetin fakültələrində təhsil alan tələbələr test – müayinədə iştirak etdilər. Heç bir virusa yoluxma halı aşkarlanmadı. Bundan əlavə dekabrın 1-də Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının Beynəlxalq QİÇS-lə mübarizə gününə həsr olunmuş, “Sağlam cəmiyyətin qurulmasında,sağlam gənclik modelinin təşkilinə dair” konfrans keçiriləcəkdir