GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN FƏXRİ DOKTORU

17 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin Elmi Şurasının növbədənkənar iclası keçirilmişdir. Rektor professor Yusif Yusibov Elmi Şuranın iclasının gündəliyində duran  məsələnin əlamətdar bir təqdimata həsr edildiyini bildirərək, qeyd etdi ki,  Universitetimizdə kimya elminin inkişafında, elmi mütəxəssislərin, fəlsəfə  və elmlər doktorlarının hazırlanmasında əvəzsiz rolu olan  bir alim- ilk dəfə Azərbaycan vətandaşı Elmi Şuranın qərarı ilə universitetin fəxri doktoru adına layiq görmüşdür. Elmi Şuranın qərarı və rektorun əmri ilə AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü kimya elmləri doktoru, professor Babanlı Məhəmməd Baba oğluna Gəncə Dövlət Universitetinin “Fəxri  doktoru”  adı  verilmişdir.

Məhəmməd Babanlı Baba oğlu dünyada kimya elmi sahəsində tanınmış, fəxrimiz olan bir alimdir. Onun elmi fəaliyyəti mürəkkəb qeyri-üzvi sistemlərin fiziki-kimyəvi tədqiqi ilə bağlıdır. O, çoxkomponentli kondensə olunmuş sistemlərin faza tarazlığının və termodinamik xassələrinin qarşılıqlı əlaqələndirilmiş tədqiqinin yeni rasional variantının metodoloji əsaslarını yaratmış, 30 ildən artıq bir dövr ərzində bu kompleks yaxınlaşmanı təkmilləşdirməyə və geniş şəkildə reallaşdırmağa müvəffəq olmuş, tallium, mis və gümüş əsasında onlarla üçlü və daha mürəkkəb xalkogenid və xalkohalogenid sistemləri ətraflı tədqiq etmişdir. Həmin sistemlərdə yarımkeçirici, termoelektrik, fotoelektrik və s. xassələrə malik yüzlərlə yeni birləşmə və dəyişən tərkibli faza aşkar edilmiş, onların əmələgəlmə xarakteri, homogenlik sahələri, kristalloqrafik parametrləri, standart parsial və inteqral termodinamik funksiyaları və s. xassələri öyrənilmişdir.

Rektor professor Yusif Yusibov alqışlar altında Universitetin “Fəxri doktoru” diplomunu, xatirə medalını və mantiyanı  akademik Məhəmməd Babanlıya təqdim etmişdir.

Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru,Əməkdar elm xadimi,professor Vaqif Novruzov, professor Tağı Tağıyev, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı dosent Şahin Xurşudov, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Universitetin fəxri professoru Heydər Kərimov, professor Telman Quliyev, rektorun baş müşaviri dosent Asif Cavadov, Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədov, qonaqlardan kimya elmləri diktoru, professor İmir Əliyev  çıxış edərək Məhəmməd Babanlının alim və insan kimi müsbət keyfiyyətlərindən, Universitetə doğma münasibətlərindən bəhs edib, ona verilən bu fəxri ada görə təbrik sözlərini, qürur duyduqlarını  bildirərək, ona can sağlı, kimya elminin tədqiqi sahəsinda daha böyük uğurlar arzulamışlar.

 

Sonda professor Məhəmməd Babanlı çıxış edərək Elmi Şura üzvlərinə öz təşəkkürünü bildirmiş və Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” adına layiq görüldüyü üçün qürur hissi keçirdiyini vurğulamışdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 3 =