DOKTORANT VƏ DİSSERTANTLARLA GÖRÜŞ

Pərvin

22 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadənin doktorant və dissertantlarla təlimat xarakterli görüşü olmuşdur. Görüş zamanı doktorantların elmi-tədqiqat işlərinin mövcud vəziyyəti, fəaliyyətləri aydınlaşdırılmış, vaxtında hazırlaşıb minimum imtahanlarını vermələri, nəşr məsələləri müzakirə edilmiş və hər il gördükləri işlər barədə hesabat təqdim etmələri nəzərlərinə çatdırılmışdır.

Prorektor Pərvin Kərimzadə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 2017-ci ilin oktyabr ayının 24-25 tarixində Bakı Dövlət Universitetində doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransını təşkil edir. Universitetin doktorantlarına həmin elmi konfransda məruzələrlə iştirak etmələri tövsiyyə olunmuşdur.

Görüşün sonunda prorektor Pərvin Kərimzadə doktorantların ehtiyacları ilə maraqlanmış, onların suallarını cavablandırmışdır.