“Müasir təbiət elmlərinin aktual problemləri” Beynəlxalq elmi-praktik konfrans

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

 

Müasir təbiət elmlərinin aktual problemləri

Beynəlxalq elmi-praktik konfrans

 

          4-5 may 2017-ci ildə Gəncə Dövlət Universiteti Müasir təbiət elmlərinin aktual problemləri mövzusunda elmi-praktik konfrans keçirəcəkdir.

Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:

  • Müasir kimyanın aktual problemləri
  • Müasir biologiyanın aktual problemləri
  • Müasir fizikanın aktual problemləri
  • Müasir coğrafiyanın aktual problemləri

 

Sizi bu konfransda iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

İştirakla bağlı məlumat və məqalə elektron formada 24 mart 2017-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail: elm@gdu.edu.az

 

Konfransın təqvimi

Məqalələrin göndərilməsi üçün son                                              24 mart 2017-ci il

Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi      31 mart 2017-ci ilə qədər

Çap olunmuş məqalələr məcmuəsinin paylanması                        4 may 2017-ci il

Konfransın təntənəli açılış mərasimi                           4 may 2017 -ci il

Bölmə iclasları                                                             4-5 may 2017-ci il

Konfransın bağlanış mərasimi                                      5 may 2017-ci il

 

 

FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis. Xülasə: ingilis dilində.
  3. Konfransa problem xarakterli məqalələr qəbul olunur.
  4. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].

Materialların strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təşkilat və şəhərin adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.

Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri/Azərbaycan Respublikası.

E-mail:  elm@gdu.edu.az,  (+99422) 256 33 58

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + four =