“ESFİDİP” -PIİLOT LAYİHƏNİN İCRASI DAVAM EDİR

Gəncə Dövlət Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) adlı Tempus layihəsi çərçivəsində iş planı üzrə Pilot layihədavamedir. Layihənin işplanına əsasən“Qiymətləndirmə və monitorinq” qrupunun üzvlərindən ibarət iclas keçirildi.Müzakirədə Sosial fənnlər kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov, Kimya kafedrasının baş müəllimi Sevinc Zeynalova, Azərbaycan dilinin tədrisi metodikası kafedrasının baş müəllimi İlhamə Niyazova, Tədris elektron mərkəzin mühəndis proqramçısı Sevinc Quliyeva və Riyaziyyat informatika fakültəsinin II kurs tələbəsi Savad Məmmədova iştirak etdilər.

“Pilot layihə”nin icrası üzrə görüləcək işlər müzakirə olunaraq, universitetdə əllilliyi olan tələbələrə necə dəstək göstərilməli və onların ehtiyaclarının qiymətləndirilməsi üzrə suallar tərtib olundu. Müzakirə əsnasında tərtib edilən sualların tələbə və müsahibə götürən şəxsin söhbətlərindən asılı olaraq dəyişdirilə bilməsinin zəruriyyətindən danışıldı. İclasın yekununa yaxın əlilliyi olan tələbələrlə müsahibə keçirliməsinin məqsədəuyğun olduğu bildirildi.

Keçirilən müsahibədəiştirak edən 8 nəfər əlilliyi olan tələbəninhər biri ilə fərdi olaraq sual-cavab edilmiş və səmərəli şəkildə yekunlaşmışdı.