İCTİMAİYYƏT ÜÇÜN AÇIQ DƏRS

29 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris  binasının akt zalında Tarix-cağrafiya  fakültəsinin Azərbaycan tarixi  kafedrasının baş  müəllimi Eldar Mehdiyevin “Azərbaycana qarşı ermənilərin ərazi iddiaları və bunun tarixi kökləri” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent  Fəxrəddin Məmmədov, Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, fakültənin dekanı dosent Urfan Həsənov, kafedra müdiri Emma Aslanova, ictimaiyyət nümayəndələri, orta məktəblərdən ixtisasçılar, universitetin professor, müəllim heyəti və tələbələr iştirak etmişlər.

Baş müəllim Eldar Mehdiyev “Azərbaycan tarixi-coğrafiyasına qısa baxış” , “Albaniyada xristianlıq. Alban kilsəsinə qarşı hayların məkrli siyasəti” , “Hayların mənşəyi” , “Hayların(ermənilərin) Azərbaycan torpaqlarına köçürülməsi” , “XX əsrin əvvəllərində ermənilərin ərazi iddiaları. Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması” , “Sovet hakimiyyəti illərində ermənilərin Azərbaycana qarşı ərazi iddiaları. Azərbaycan torpaqlarının bir hissəsinin ermənilərə verilməsi” , “Qarabağ müharibəsi. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı” mövzuları haqqında ətraflı məlumat vermişdir. Dərsin canlı, daha uğurlu alınması üçün müəllim tələbələrlə sual cavabdan və  slaydlardan yerli-yerində istifadə etdi.

Sonda isə dinləyiciləri maraqlandıran suallar cavablandırıldı. Müzakirə zamanı açıq dərsin geniş təhlili ilə bərabər, bu ənənənin istər ali, istərsə də orta məktəb müəllimləri, tələbələr  və şagirdlər üçün ciddi əhəmiyyəti vurğulandı. Dərs isə qənaətbəxş qiymətləndirildi.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + twelve =