AZAD HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNIN SEÇKİ İCLASI

10 aprel 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının akt zalında Azad Həmkarlar İttifaqı Komitəsinin hesabat- seçki iclası keçirildi. Hesabat- seçki iclasında ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Komitənin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva,Universitetin  Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, fakültə dekanları, kafedra müdirləri, universitetin professor müəllim heyəti iştirak etmişlər.

İclasın gündəliyindəki məsələləri iclasa sədrlik edən  Pedaqogika və təhsilin əsasları kafedrasının müdiri dosent Allahverdi Quliyev iclas iştirakçılarının nəzərinə çatdırdı. Azad Həmkarlar İttifaqı Komtəsinin sədri Afaq Qasımovanın və Təftiş komisiyasının sədri, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin hesabatları dinlənildi və qənaətbəxş hesab olundu. Daha sonra Azad Həmkarlar İttifaqı Komitəsinə və Təftiş komisiyasına yeni sədr seçilməsi üçün iclas iştirakçıları tərəfindən açıq səsvermə keçirildi.

Səsvermə nəticəsində Afaq Qasımova Azad Həmkarlar İttifaqı Komtəsinin sədri, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə isə Təftiş komisiyasının sədri seçildi.