İCTİMAİYYƏT ÜÇÜN NÜMUNƏVİ AÇIQ DƏRS

         11 aprel  2017-ci iltarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının akt zalında Filologiya fakültənin Azərbaycan dili kafedrasının baş müəllimi Mehriban Məmmədovanın “Fonetik söz yaradıcılığı” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent  Fəxrəddin Məmmədov, fakültənin dekanı Filologiya elmləri doktoru, professor  Mübariz Yusifov, kafedra müdiri Telman Quliyev, ictimaiyyət nümayəndələri, orta məktəblərdən ixtisasçılar, universitetin professor, müəllim heyəti və tələbələr iştirak etmişlər.

Baş müəllim Mehriban Məmmədova “Fonetik söz yaradıcılığına dair tədqiqatlar” , “Söz yaradıcılığının əsas istiqamətləri.Tonallıqda sinkretik köklərin yaranması” , “Köklərin əvvəlində sait və samit dəyişməsiylə köklərin yaranması” , “Kök sonunda samit dəyişməsi ilə söz yaratma” mövzuları haqqında ətraflı məlumat vermişdir. Dərsin canlı, daha uğurlu alınması üçün müəllim əyani vəsaitlərdən yerli-yerində istifadə etdi.

Sonda isə dinləyiciləri maraqlandıran suallar cavablandırıldı.Müzakirə zamanı açıq dərsin geniş təhliliilə bərabər, bu ənənənin istər ali, istərsədə orta məktəb müəllimləri, tələbələr  və şagirdlər üçün ciddi əhəmiyyəti vurğulandı. Dərs isə qənaətbəxş qiymətləndirildi.