“UĞURLU BİZNESİN YARADILMASI” MÖVZUSUNDA TƏLİM KEÇİRİLDİ

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı   tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların ideya və təkliflərinin reallaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu layihələrdən  biri də tələbələrin iştirakı ilə müxtəlif mövzulu təlimlərin və seminarların təşkilidir.

12 aprel 2017-ci il tarixində Gəncə şəhərində yerləşən Aura park alış-veriş və əyləncə mərkəzində universitetin 60 tələbəsinin iştirakı ilə “Uğurlu biznesin yaradılması” adlı təlim keçirildi.Təlimi Bakı şəhərindən dəvət edilmiş Məhərrəm Kərimov açaraq,  təlimin gedişində biznes nədir? uğurlu biznesi necə yaratmaq və inkişaf etdirmək olar? kimi suallar ətrafında tələbələrlə müzakirələr apardı.Tələbələr uğurlu biznesinin  yaradılması məqsədilə qonağın onlara verdiyi məlumatları   maraqla  qarşıladılar .

Təlim uğurla yekunlaşdı.