TƏLƏBƏNİN AÇIQ DƏRSİ

13 aprel 2017- ci ildə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə  Riyaziyyat   fakültəsinin Riyaziyyat-informatika   müəllimliyi ixtisasının IV kurs   tələbəsi Hüseynova Vəsmə Rəfail qızının “sınaq dərs”ləri keçirildi. Hüseynova Vəsmə tərəfindən təqdim olunan  dərs həmin məktəbin 83 sinfində riyaziyyat  fənnindən “İkiqat bərabərsizliyin həlli” mövzusuna həsr olunub.

Dərsdə iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşı  Misir Fərhadov, məktəbin riyaziyyat  müəllimi İradə  Hüseynova  təcrübə rəhbəri Şərafət Hüseynova  və məktəbdə təcrübə keçən Riyaziyyat-informatika   müəllimliyi ixtisasının tələbələri.

Tələbənin dərsi müzakirə olunan zaman onun nəzərinə buraxdığı nöqsanlar çatdırıldı ümumiyyətlə, dərs qənaətbəxş hesab olundu.

Universitet ilə 6 №-li məktəbin pedaqoji kollektivi arasında səmərəli əməkdaşlıq münasibətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 6 =