Aşıq Ələsgər adına 36 №-li tam orta məktəbdə növbəti “açıq dərs” keçirildi

Aşıq Ələsgər adına 36 №-li tam orta məktəbdə 13 aprel 2017-ci il tarixdə

müasir tədris metodlarına istinad edilən növbəti “açıq dərs” keçirildi. 36 nömrəli məktəbdə hal – hazırda 730 şagird təhsil alır və XI siniflərdə 52 məzun vardır. Həmin məktəbdə “açıq dərs”i Coğrafiya kafedrasının müəllimi Arifə Əhmədova təqdim etdi. 9A sinfində həyata keşirilən dərsin mövzusu “Avstraliya İttifaqı” idi, müəllimə eyni zamanda qeyd edilən təhsil ocağında təcrübə rəhbəridir.

Dərsdə iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşları dosentlər Mahir Məmmədov və Cabbar Qarayev məktəbin Coğrafiya müəllimi Xatirə Həsənova məktəbdə təcrübədə olan Tarix-coğrafiya fakültəsinin eyni adlı ixtisasının təcrübəçi tələbələri.

Dərsin əvvəlində müəllimə sinfin şagirdlərini 4 qrupa böldü və təqdim etdiyi mövzu barədə şagirdlərə ətraflı məlumat verdi. Dərsin sonunda qruplar üzrə qiymətləndirmə aparıldı.

Əhmədova tərəfindən təqdim edilən dərs dinləyicilər tərəfindən qənaətbəxş hesab olundu.

Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəb ilə universitetimizin əməkdaşlığı davam etdirilir. Məktəbin direktoru Məmmədova Sədaqət Firuddin qızı təcrübəçi tələbələrə həmişə diqqət və qayğı ilə yanaşır.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − nine =