DOSENT ÜZEYİR ƏFƏNDİYEVİN NÜMUNƏVİ AÇIQ DƏRSİ

Gəncə Dövlət Universiteti təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl müəllimlərin təcrübələrini digər həmkarları ilə bölüşməsi məqsədi ilə “Açıq dərs” layihəsini artıq 3 ildi həyata keçirir. “Açıq dərs” layihəsi zamanı universitetin bütün fakültələrinin kafedralarında çalışan müəllimlərin açıq dərsləri universitet rəhbərliyi tərəfindən ciddi nəzarətdə saxlanılır.

18aprel  2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının akt zalında Riyaziyyat-informatika fakültəsinin Ümumi riyaziyyat kafedrasının dosenti Üzeyir Əfəndiyevin “Riyaziyyat tədrisində analiz və sintez” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent  Fəxrəddin Məmmədov, fakültənin dekanı dosent Oruc Hüseynov, kafedra müdiri dosent Mayıl Mustafayev, fakültənin digər kafedraların əməkdaşları, ictimaiyyət nümayəndələri, orta məktəblərdən ixtisasçılar, universitetin professor – müəllim heyəti və tələbələr iştirak etmişlər.

Dosent Üzeyir Əfəndiyev “Analiz və sintez metodunun mahiyyəti” , Analiz və sintez metodu məişətdə” , “Analiz və sintez təfəkkürün psixoloji xarakteristikası” , “Riyaziyyatın öyrənilməsində analiz və sintez metodları” , “Mətnli məsələlərin həllində analiz və sintez”  mövzuları haqqında ətraflı məlumat verdi. Dərsin canlı, daha uğurlu alınması üçün müəllim tələbələrlə sual-cavabdan və əyani vəsaitlərdən yerli-yerində istifadə etdi.

Sonda isə dinləyiciləri maraqlandıran suallar cavablandırıldı. Müzakirə zamanı açıq dərsin geniş təhlili ilə bərabər, bu ənənənin istər ali, istərsə də orta məktəb müəllimləri, tələbələr  və şagirdlər üçün ciddi əhəmiyyəti vurğulandı. Dərs isə qənaətbəxş qiymətləndirildi.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 3 =