REKTOR TƏLƏBƏLƏRLƏ GÖRÜŞDÜ

         Ənənəvi olaraq Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov imtahan sessiyası ilə bağlı tələbələrlə dekan və müəllimlərin iştirakı olmadan görüş keçirir, onları dinləyir, deyilən obyektiv iradların az bir müddətdə aradan qaldırılması üçün operativ tədbirlər görülməsi üçün göstərişlər verir.

17 aprel 2017-ci  il tarixdə rektor Universitetin bütün fakültələrini əhatə etməklə IV  kurslar üzrə fəal tələbələrlə görüş keçirdi. Professor ilk öncə tələbələri Universitetdə aparılan təmir işləri, keyfiyyətli  tədris üçün yaradılan şərait, müasir avadanlıqlarla təmin olunma və beynəlxalq əlaqələrin inkişafı ilə tanış etdikdən sonra qarşıdakı imtahan sessiyasından bəhs etdi.Rektor tələbələri imtahan sessiyasının təşkili, obyektivliyin əsas meyar olması, test suallarının yazılması və digər bir sıra məsələlər haqqında məlumatlandırdı. Qeyd etdi ki, biz lazımi imkanlardan istifadə edərək, tələbələrin yüksək səviyyədə təhsil almaları üçün müasir tələblər səviyyəsində şərait yaradırıq. Tələbələrdə öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməli, gələcəyin yetkin peşə sahibləri olmalıdırlar.

Tələbələr professor Yusif Yusibova onlar üçün yaradılan şəraitə, diqqət və qayğıya görə təşəkkürlərini bildirməklə yanaşı, müəyyən iradlarını, təsadüf olunan xoşagəlməz halları, kollokviumlarda rast gəldikləri qüsurları rektorun diqqətinə çatdırdılar.

Professor Yusif Yusibov deyilən irad və qüsurların tez bir zamanda aradan qaldılacağını bildirməklə yanaşı, onlara imtahan sessiyasında uğurlar arzuladı.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + two =