4 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ TƏLƏBƏNİN SINAQ DƏRSİ

18 aprel 2017- ci ildə Gəncə şəhər Mehdi Mehdizadə adına  4 nömrəli tam orta məktəbdə universitetin Pedaqoji fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasının IV kurs  tələbəsi Kazımova Aysel Surxay  qızının  “sınaq dərs”i keçirildi. Aysel Kazımova tərəfindən təqdim olunan  dərs həmin məktəbin 42 sinifində Azərbaycan dili fənnindən “ Alma ağacı” mövzusuna həsr olunmuşdu.

Dərsdə iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşı  Misir Fərhadov,  Pedaqogika və təhsilin əsasları kafedrasının müdiri dos. Allahverdi Quliyev, təcrübə rəhbəri baş müəllim Aytən Əhmədova, sinif rəhbəri Humay Tağıyeva və məktəbdə təcrübə keçən İbtidai sinif müəllimliyi ixtisasının tələbələri.

Tələbənin dərsi müzakirə olunan zaman uğurlar, müsbət cəhətlərlə yanaşı, buraxılan  nöqsanlar və çatışmazlıqlar qeyd olundu, ümumiyyətlə, dərs qənaətbəxş hesab edildi.