Ümumi işlər üzrə prorektor Qurbanov Coşqun Çərkəz oğlunun təqdimat mərasimi.

2 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin akt zalında ümumi işlər üzrə prorektor Qurbanov Coşqun Çərkəz oğlunun təqdimat mərasimi olmuşdur. Təqdimatda Universitet rəhbərliyi, elmi Şura üzvləri iştirak etmişlər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elm, ali və orta ixtisas şöbəsinin əməkdaşı Natiq İbrahimov  Coşqun Qurbanovun yeni vəzifəyə təqdimatı haqqında Nazirliyin məlumatını mərasim iştirakçılarına çatdırmaqla, ona işlərində uğurlar arzuladı.

Universitetin rektoru Yusif Yusibov Gəncə Dövlət Universitetinin sağlam kollektivə malik olduğuynu nəzərə çatdıraraq, Coşqun Qurbanovun da Universitetin inkişafında öz əməyini, bilik və bacarığını əsirgəməyəcəyini bildirdi.

Yekunda Coşqun Qurbanov  Gəncə Dövlət Universitetinin həqiqətən  gözəl ənənələrə malik olduğunu qeyd etməklə, əl-ələ verərək onun daha da inkişafına var qüvvə ilə çalışacağını xüsusilə vurğuladı.