Türkiyənin Sakarya Universteti və Qars Qafqaz Universitetinin nümayəndələri universitetdə olmuşdur

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov  qonaqlara universitetin tarixindən,  beynəlxalq əlaqələrindən, o cümlədən, Turkiyə universitetləri ilə əməkdaşlıq münasibətlərindən bəhs edib.

Türkiyəli nümayəndələr təmsil etdiyi ali təhsil müəssisəsi barədə danışıb, Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasına maraqlı olduqlarını bildirib.

Qarşılıqlı maraq doğuran görüşdə Gəncə Dövlət Universiteti ilə Türkiyənin İqdır Universiteti arasında müqavilə imzalanıb. Müqavilədə birgə elmi tədqiqatların aparılması,  konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və tələbə mübadiləsi və digər məsələlər nəzərdə tutulur. Eyni zamanda Sakarya Universteti və Qars Qafqaz Universiteti ilə Mövlanə Mübadilə proqramı çərçivəsində də müqavilələr imzalanıb.

Görüş qonaqların GDU-nun elmi-tədqiqat və tədris laboratoiyaları, mərkəz və muzeyləri ilə tanışlıqdan sonra başa çatıb.