Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” VIII Beynəlxalq elmi konfransından xoş təəssüratlarla

4-5 may 2017-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” VIII Beynəlxalq elmi konfransı keçirilmişdir. Konfransın ayrı-ayrı bölmələrində Azərbaycanşünaslığın aktual problemlərinə dair, eləcə də müxtəlif elmi istiqamətlər üzrə olduqca maraqlı, işgüzar şəkildə müzakirələr aparılmışdır.

Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səba Azad qızı Namazova, baş müəllim Yeganə Sabir qızı Hüseynova və “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertant Gülnar Səftər qızı Hüseynova bu mötəbər Elmi Konfransda uğurla çıxış etmişlər.