Gəncə Dövlət Universitetində yeni yaradılan İnnovasiyalar Departamentinin təqdimatı keçirilib

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusifovun 09.03.2017-ci il tarixli əmrinə əsasən ali təhsil ocağında İnnovasiyalar Departamenti yaradılıb. Bu məqsədlə keçirilən təqdimat görüşündə çıxış edən universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə bildirib ki, ali təhsil ocağında innovativ sistemin tətbiq olunması təhsilin səmərəliliyinə öz töhvəsini vermiş olacaqdır. Görüşdə rektorun əmrinə əsasən yeni yaradılan İnnovasiyalar Departamentinin direktoru təyin olunan Vasif Həsənovun da təqdimatı olub. Görüşdə çıxış edən Departament direktoru ona göstərilən ehtimadı doğruldacağını və yeni yaradılan departamentin Gəncə Dövlət Universitetinin gələcək fəaliyyətində mühüm rol tutacağını qeyd edib. Təqdimat görüşündə Departamentin nəzdində “Strateji təhlil, qiymətləndirmə və monitorinq” və “İnnovasiya texnologiyalarını transferi və marketinq” şöbələrini yaradılması da nəzərə çatdırlıb. Bundan başqa gələcəkdə Departamentin tərkibində “İnformasiya resurslarının formalaşması”, “Təhlil və proqnoz”, “Layihələrin idaredilməsi” və “Əqli mülkiyyət” şöbələrinin zərurət yarandığı təqdirdə fəaliyyətə başlayacağı da qeyd olunub. Görüşdə yeni yaradılan Departamentin işçi heyyətinin formalaşdırılmasında, əsasən ali təhsil ocağının ixtisaslı kadırlarından istifadə olunacağı və onlar üçün kurslar təşkil olunaraq bundan sonra fərdi şəkildə fakültələrdə fəaliyyət göstərəcəyi də vurğulanıb. İnnovasiyalar Departamentində universitetin tələblərini könüllü şəkildə fəaliyyət göstərməsi üçün də şəraitin yaradılacağı bildirilib. Təqdimat görüşündə söz alan universitetin Humanitar məslələr üzrə prorektoru Gülsüm Fətəliyeva İnnovasiyalar Departamentinini yaradılmasını yüksək qiymətləndirərək, onun gələcək fəaliyyətinə uğurlar arzu edib. Xatırladaq ki, yaxın günlərdə Gəncə Dövlət Universitetində Departamentin müasir standartlara cavab verən iş otaqlarının da açılışı təşkil olunacadır.