43 №-li məktəbdə tələbənin sınaq dərsi

19 may 2017-ci il tarixdə Gəncə şəhər Nigar Rəfibəyli adına 43 nömrəli tam orta məktəbdə Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbəsi Elvinə Rüstəmzadə 32 sinfində Həyat bilgisi fənnindən “Gəlirlər və xərclər” mövzusunda “sınaq dərs”i keçirildi.

Dərsdə iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşı dos. Cabbar Qarayev, məktəbin  direktor müavini Asif Kərimov, təcrübə rəhbəri- baş müəllim Svetlana Nuriyeva, məktəbin fənn müəllimi Çimnaz Məmmədova və məktəbdə təcrübə keçən İbtidai sinif müəllimliyi ixtisasının tələbələri.

Tələbə tərəfindən təqdim olunan dərs müasir təlim metodlarına həsr olunmuşdu. Dərsin gedişində təcrübəçi əyani vəsaitlərdən geniş istifadə etdi və  şagirdlərin fəal iştirak etməsini təşkil etdi. Kurikulum metodlarına istinad edərək sinfin şagirdlərinə I, II, III və IV qruplar üzrə qiymətləndirmə apardı.

Çıxış edən müəllimlər dərsin müzakirəsi zamanı tələbəyə bir sıra metodiki göstərişlər verdilər, növbəti sınaq dərslərində daha yaxşı səviyyədə dərsin aparılması üçün müasir təlim metodlarından daha yaxşı və məqsədyönlü istifadə etməsini tövsiyyə etdilər. Ümumiyyətlə, təqdim olunan dərs yüksək səviyyədə dinləyicilər və şagirdlər tərəfindən qiymətləndirildi. Tələbənin dərsi qənaətbəxş hesab edildi

Qeyd etmək lazımdır ki, orta məktəblərlə  universitetimiz arasında əməkdaşlıq əlaqələri daha da inkişaf edir. Gələcəkdə bu əlaqələrin yüksək səviyyədə davam etdirilməsi üçün bir sıra metodiki  işlərin birgə icra edilməsi üçün məktəb rəhbərliyi ilə (direktor Günay Əliyeva) razılıq əldə edildi.

Məktəblərdə təcrübə işləri Təcrübə və karyera şöbəsi tərəfindən ardıcıl olaraq davam etdirilir.