“Gəncəmizi təmiz saxlayaq!” adlı ekoloji aksiya

Muzeylər, tarixi abidələr, parklar, fəvvarələr, yaşıllıqlar, uca çinarlar şəhəri Gəncədə insanların asudə vaxtlarının səmərəli keçməsi üçün bütün lazımı şərait yaradılıb və bu istiqamətdə işlərin görülməsi davam etdirilir. Şəhərin səliqə-sahmanını, gözəlliyinı qorumaq üçün Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi “Gəncəçay”  Park Bulvar Kompleksinin və Gəncə Dövlət Universiteti YAP Gənclər  Birliyinin birgə təşkilatçılığı ilə “Gəncəmizi təmiz saxlayaq!” şüarı altında ekoloji aksiya keçirilib.

Aksiya şəhərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitə məsuliyyətli münasibətin formalaşmasına, habelə əhalinin maarifləndirilməsinə yönəldilib.

Gəncəçayın sağ və sol sahilinin məişət tullantılarindan təmizlənməsi aksiyasında 50-dən çox könüllü iştirak edib. Aksiya iştirakçıları nəqliyyat, geyim və ərazini təmizləmək üçün lazımi əşyalarla təchiz edilib. Yığılan tullantılar yük maşınlarına  yığılaraq poliqona aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =