GDU tələbələri mükafatlandırdı

Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə  “Dövlət Qulluğuna Hazırlıq Kursları”  layihəsində iştirak edən fəal tələbələri mükafatlandırdı. Layihə kordinatoru Şövkət Nağıyeva  tələbələr üçün ödənişsiz olaraq həyata keçirilən bu kursların gedişatı ilə bağlı məlumat verdi və layihənin keçirilməsində göstərilən dəstək üçün universitetin rektoruna  öz minnətdarlığını bildirdi.

Prorektor  Pərvin Kərimzadə iştirakçılara uğurlar azru edərək bu kursların onların gələcəkdə iştirak edəcəyi dövlət qulluğuna qəbul imtahanlarında çox faydalı olacağına və yaxşı nəticələr əldə olunacağına ümid etdiyini söylədi. Sonda iştirakçılar prorektor tərəfindən sertifikatla təltif olundular.