“AÇIQ QAPI” GÜNÜ OLACAQ

 

Gəncə Dövlət Universiteti təhsilin müxtəlif pillələrində əyani və qiyabi bölmələrdə müvafiq ixtisaslarda təhsil alan tələbələrin yay semestr imtahanının təşkili prosesini müşahidə etmək üçün iyunun 22-də, saat 10:00-da “Açıq qapı” günü elan edir.

Gəncə Dövlət Universitetinin Mətbuat xidməti bildirir ki, “Açıq qapı” günündə kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, həmçinin  valideynlər və ictimaiyyət nümayəndələri iştirak edə bilərlər.

Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən keçiriləcək mediaturda iştirakçılar prosesin müvafiq qaydalara uyğunluğu və zəruri hazırlıq tədbirləri haqqında məlumat alacaqlar. Həmçinin iştirakçılar universitetdə fəlaiyyət göstərən imtahan qərargahı, apellyasiya komissiyası və qaynar xəttin iş prinsipini öyrənəcəklər. Mediatur zamanı KİV nümayəndələri imtahan prosesinin təşkili və keçirilməsi ilə bağlı tələbələr arasında məmnuniyyət sorğusu aparıb, valideynlərdən müsahibələr ala bilərlər.

Qeyd edək ki, Seçmə fənlər üzrə keçiriləcək imtahanlarda  İqtisadiyyat və İdarəetmə, Tarix – coğrafiya,  Pedaqoji, Fizika və Ümumi texniki Fənlər fakültələrin 200 nəfər tələbənin bilikləri qiymətləndiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 10 =