Qəbul elan edilir

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti

2017/2018-ci tədris ilində aşağıdakı ixtisaslar  üzrə ödənişli əsaslarla əyani formada yenidənhazırlanma (ixtisasdəyişmə) təhsili almaq üçün qəbul elan edir

1.Təhsildə sosial-psixoloji xidmət

2.İnformatika müəllimliyi

3.Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

4.Riyaziyyat müəllimliyi

5.Fizika müəllimliyi

6.Xarici dil müəllimliyi (İngilis dili)

7.Məktəbəqədər təlim və tərbiyə

8.İbtidai sinif müəllimliyi

9.Kimya müəllimliyi

10.Biologiya müəllimliyi

11.Tarix müəllimliyi

12.Coğrafiya müəllimliyi

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət  və özəl ali təhsil müəssisələrinin  məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası»na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

–  rektorun adına ərizə;

– ali  təhsil haqqında sənədin  (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;

– 3×4 ölçüdə 2 ədəd rəngli fotoşəki;.

– sağlamlıq haqqında arayış;

– şəxsiyyət vəsiqəsinin surəti;

– Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.

Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə əsasında təhsil haqqı ödənilməklə yenidənhazırlanma təhsilinə qəbul edilirlər.

Qeyd: Sənədlər 01 iyul 2017-ci il tarixdən  (istirahət günlərindən başqa) avqust ayının 31-nə qədər saat 10:00-dan 17:00-dək GDU-nun V tədris binasında (otaq 25 ) qəbul edilir.

 

ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57

Gəncə Dövlət Universiteti, V tədris binası

Telefon: (022) 264 – 24 -44

(055)296-66-86

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti

2017/2018-ci

tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə ali təhsil almaq   istəyənlər üçün sənəd qəbulu elan edir:

 

Əyani  təhsil forması üzrə: Gəncə Dövlət Universitetində fəaliyyət göstərən bütün ixtisaslara

Qiyabi  təhsil forması üzrə:

1.Iqtisadiyyat

2.Mühasibat uçotu və audit

3.Tarix

4.Sosial iş

5.Bədən tərbiyəsi və idman

Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona   bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

–  rektorun adına ərizə;

– ali  təhsil haqqında sənədin  (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;

– əmək kitabçasının surəti;

– 3 x 4  sm ölçüdə 6 ədəd fotoşəkil;

– şəxsiyyət vəsiqəsinin surəti;

– sağlamlıq haqqında arayış.

Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Əlavə ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu  ilə  əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.

Təhsil – əyani təhsil formasında Azərbaycan və rus, qiyabi təhsil formasında isə Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

QEYD: Sənədlər 2017-ci il  iyu1 ayının 1-dən avqustun 31-dək (istirahət günlərindən başqa)  saat 10.00-dan  17.30-dək  GDU-nun V tədris binasında Əlavə təhsil fakültəsinin dekanlığında qəbul edilir.

ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57

ncəvlət Universiteti, V tədris binası

Telefon: (022) 264 – 24 -44

(055) 296 – 66-86

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − one =