Elmi Şurada növbəti tədris ili üçün hazırlıq

Gəncə Dövlət Universitetində (GDU) Elmi şuranın növbəti iclası keçirilib. Təhsil prosesi üzrə ümumi metodiki fəaliyyətin təşkili məqsədi ilə keçirilən iclasda sədr, professor Yusif  Yusibov və şura üzvləri iştirak ediblər.

Bildirilib ki, 2016-2017-ci tədris ilində Elmi şura müəyyən edilmiş vəzifələrə uyğun olaraq universitetin təhsil sahəsindəki fəaliyyətinin yüksəldilməsi üçün tələbə və müəllimlər arasında keçirilən elmi konfransların nəticələri və onların daha da təkmilləşdirilməsi fəaliyyətinə nəzarəti həyata keçirib.

Sonra növbəti tədris ili  üçün təmirə hazırlığın vəziyyəti, bölmələrin fəaliyyəti haqqında hesabatlar müzakirə edilib və müvafiq qərar qəbul olunub.

Elmi şuranın sədri Yusif Yusibov Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədovu 2016-2017-ci tədris ilində yaz(yay) imtahan sessiyasını və universitetdə ilk dəfə olaraq tədbiq olunan yazılı imtahanların müvəffəqiyyətlə keçirilməsindəki xidmətlərinə görə “Fəxri fərman”la təltif edib. İqtisadiyyat kafedrasının dosenti  Arzu Həsənovu isə “İqtisad üzrə elmlər doktoru” diplomunu alması münasibəti ilə təbrik edən rektor Elmi şura iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 5 =