Dövlət sifarişli ixtisaslar üzrə qəbul planı tam dolub

15035762212592042053_1000x669

Dövlət İmtahan Mərkəzi tərəfindən 2017/2018-ci tədris ili üçün bakalavriat səviyyəsində keçirilmiş qəbul imtahanlarında universitetimizdə dövlət sifarişli ixtisaslar üzrə qəbul planı tam dolub. Lakin ödənişli əsaslarla olan ixtisaslar üzrə yerlər nisbətən boş qalıb.

Gəncə Dövlət Universitetində ümumilikdə 40 ixtisas üzrə 1560 yerdən 1479-u dolub. Boş qalan 81 yerin əksəriyyəti isə tədrisin rus dilində aparıldığı ixtisaslar olub. Universitetdə Azərbaycan bölməsində yeni açılan maliyyə ixtisasının 30 boş plan yerinin hamısı dolub.

Dördüncü qrupda kimya müəllimliyi, biologiya müəllimliyi ixtisaslarına qəbulun tam yerinə yetirilmədiyini bildirən Gəncə Dövlət Universitetinin Tədris Elektron Mərkəzinin müdiri Elturan Yusifov bunun bəzi tələbələrin təhsil haqqlarını ödəyə bilməməsi ilə bağlı olduğunu qeyd edib.

 

Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün birinci turda tələbə adını qazanan abituriyentlərin qeydiyyatı avqustun 25-dək, ikinci turda qəbul olunanların qeydiyyatı isə avqustun 31-nə kimi davam edəcək. Həmin müddətdə abituriyentlərin qeydiyyatdan keçməmələri onların həmin ixtisasdan imtina etməsi kimi qiymətləndiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + twelve =