ƏCNƏBİLƏR ÜÇÜN QƏBUL ELANI

Gəncə Dövlət Universiteti xarici ölkə vətəndaşları (əcnəbilər) üçün heç bir imtahan vermədən, yalnız attestatla təhsilin bakalavriat, bundan əlavə müvafiq ali təhsili təsdiq edən diplomla magistratura və doktorantura səviyyələri üzrə tələbə qəbulu elan edir. Təhsil haqqı bakalavriat səviyyəsi üçün 1000 azn, magistratura və doktorantura səviyyələri üzrə isə 1500 azn təşkil edir.

Bakalavriat səviyyəsində təhsil almaq üçün universitetə müraciət edən əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • təhsil müəssisəsi rəhbərinin adına ərizə;
  • elektron ərizə forması;
  • təhsil haqqında ATTESTATın notarius tərəfindən təsdiq olunmuş surəti;
  • ümumi sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayışlar;
  • təmsil etdiyi ölkənin ümmumvətəndaşlıq pasportu;
  • tərcümeyi-hal (CV);
  • 3×4 ölçüdə 8 ədəd fotoşəkil.

 

Qeyd: Təhsilin magistraturadoktorantura səviyyələrinə daxil olmaq istəyən şəxslər əlavə olaraq ali təhsili təsdiq edən diplomu və diploma əlavəni təqdim etməlidir.

 

Müraciət vaxtı:

2017/2018-ci tədris ili üçün sənədlər 01 sentyabr -15 sentyabr 2017-ci tarixlərində qəbul edilir. Potensial ərizəçi ərizə formasını tam doldurmalı və tələb olunan sənədləri aşağıda qeyd olunan e-mailə göndərməlidir.

 Məsul şəxs: Ruslan Məmmədov-Beynəlxalq əlaqələr şöbəsinin müdiri

 E-mail: ird@gsu.az

 Əlaqə telefonu: (+99422)256-73-13; Mob.: (+99455) 222-05-12

 

Sənədlərin icra vəziyyəti:

Qəbul olunmuş ərizəçi 3 (üç) iş günü ərzində rəsmi qaydada e-mail vasitəsi ilə xəbərdar olunacaq.

* Qəbul haqqında ərizəçiyə xəbərdarlıq edildikdən sonra sənədlərin əsli Gəncə Dövlət Universitetinə ərizəçi tərəfindən təqdim olunmalıdır.

 

Hörmətlə,

RƏHBƏRLİK!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + fourteen =